Əbülfəs Qarayev mətbuata danışmaq istəmir: "Mənzilimdəyəm, yaxşıyam, hər şey normaldır"

img

29-07-2020 [16:01]


Bu yaxınlarda Mədəniyyət naziri vəzifəsindən azad olunmuş Əbülfəs Qarayev hazırda evində dincəlir.

Mia.az xəbər verir ki, Modern.az saytının əməkdaşı eks-nazirlə əlaqə saxlayaraq ondan müsahibə almaq istəsə də, Ə.Qarayev geniş danışmaq istəməyib.

Sabiq nazir hələ ki hər şeyin yaxşı olduğunu bildirib:

“Mən mətbuatla əlaqə saxlamaq, mətbuata danışmaq istəmirəm. Mənzilimdəyəm, yaxşıyam, hər şey normaldır. Təşəkkür edirəm”.

Xatırladaq ki, Əbülfəs Qarayev 21 may 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri vəzifəsindən azad edilib.

Bundan xeyli əvvəl mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi.

Həmin əməliyyat zamanı Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilib.

Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir.

Əbülfəs Qarayev 13 noyabr 1956-cı ildə Bakı şəhərində anadan olub.

O, 23 saylı orta məktəbi bitirib. 1978-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi kimi başlayıb.

1980-1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri;

1985-1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri;

1992-1993-cü illərdə  Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyətşünaslıq kafedrasında baş müəllim;

1993-1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir işləyib.

1994-2001-ci illərdə Gənclər və idman naziri, 2001-2006-cı illərdə  Gənclər, idman və turizm naziri, 2006-2018-ci illərdə  Mədəniyyət və turizm naziri vəzifələrini tutub.

2018-2020-ci illərdə Mədəniyyət naziri vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı