Bayıl sakini 4 kq-a yaxın narkotiklə saxlanıldı

img

29-07-2020 [13:14]


Bakı sakinində narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsi (PB) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bayıl qəsəbə sakini A.Əzizov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı isə əlavə 3 kq 480 qram marixuana götürülüb.

Yasamal RPİ 27-ci PB  əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Həsənovdan 2,2 kq-dan artıq heroin götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR