Qardabani rayonunda koronavirusa yoluxanların sayı 56-ya çatıb

img

29-07-2020 [12:22]


Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda koronavirusa yoluxanların sayı 56-ya çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu rayon meri Ramaz Budaqaşvili bildirib.

Onun sözlərinə görə, halların 36-sı Qaracalar kəndində qeydə alınıb: “Son sutkada kənddə koronavirusa 5 yeni yoluxma halı təsdiqlənib”. 

Mer kənd əhalisi arasında kütləvi testləmənin davam etdirildiyini deyib.

Qeyd edək ki, Qaracalar iyulun 24-dən “qırmızı zona” elan edilib. Kəndə giriş-çıxış bağlanıb, sərt karantin tədbirləri həyata keçirilir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA