AXCP-nin daha bir fəalı saxlanılıb - İki maddə ilə ittiham irəli sürülüb

img

28-07-2020 [14:05]


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələrilə ittiham irəli sürülüb.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı Məmməd İbrahimin oğlu Turan İbrahim yayıb.

“Məmməd İbrahim 233 və 315-ci i maddələr ilə ittiham olunur. Şübhəli şəxs qismində saxlanılıb. Hazırda Nərimavov Rayon Polis İdarəsindədir və 48 saat orada saxlanılacaq. Əslində, dünən həbs olunmasına baxmayaraq onu bu gün həbs olunmuş kimi qeyd ediblər,” -  T. İbrahim bildirib.

Xatırladaq ki, rəsmi qurumlar Məmməd İbrahimin saxlanılması və ona qarşı ittiham irəli sürülməsi ilə bağlı məlumat yaymayıb.

AXCP-nin məlumatına görə, iyulun 14-də Azərbaycan ordusunu müdafiə məqsədi ilə keçirilən aksiya zamanı yaranan insidentlə bağlı qaldırılan cinayət işi üzrə ümumilikdə bu partiyanın 36 fəalı saxlanılıb. Onlardan 13 nəfərə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib, 9 nəfər inzibati qaydada həbsə məhkum edilib, 10 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. Digərlərinin hansı qismdə saxlanılması hələ bəlli deyil.(Amerikanın səsi)


Digər xəbərlər
SON XƏBƏRLƏR