Nazirlik və Komitə "tikinti dayandırıldı" dedi, ancaq... - Yasamaldakı gölü qurudanlar kimlərdir? + VİDEO

img

28-07-2020 [11:37]


Bakı şəhərinin Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində, “Üç Tac” yaşayış kompleksinin yaxınlığında yerləşən gölün qurudulması ilə bağlı bu gün səhərdən yenidən iş başlayıb.

Bu haqda “Yeni Sabah”a həmin ərazidə yaşayan sakinlər məlumat verib. Xəbərdə bildirilir ki, bu gün səhər saatlarından ərazidə yenidən ağır texnika ilə iş başlayıb.

Sakinlər bildirib ki, ölkədə su böhranının yarandığı bir vaxtda gölün qurudulması böhranı daha da dərinləşdirməyə xidmət etməkdir. 

Xatırladaq ki, bir neçə gün əvvəl də həmin gölün qurudulması işi başlamışdı. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə edilən şikayətdən sonra nazirliyin tələbi ilə ərazidə tikinti işləri dayandırılmışdı.

Maraqlıdır ki, iyulun 19-da Yasamal rayon İcra Hakimiyyəti “Tri Korona” kimi tanınan binaların yaxınlığında heç bir tikinti işləri aparılmadığı haqda xüsusi açıqlama yaymışdı: “Ərazi abadlaşdırılır, tullantılardan təmizlənir. Bəzi media orqanlarında iddia olunduğu kimi heç bir inşaat yoxdur, göl qurudulmur”.

Ancaq bundan sonra ETSN və  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müdaxiləsi ilə tikinti dayandırlmışdı.

Həmin vaxt hər iki qurum həmin ərazini nəzarətə götürüb və Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə, habelə ətrafda yaşayan sakinlərin mənafelərinə zidd olan hər hansı tikinti işlərinin aparılmasına yol verilməyəcək.

Mia.az

Yasamal ərazisindəki gölün qurudulması işi yenidən başladı -  Video

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA