Yer kürəsinə 85-190 metr diametrə malik asteroid yaxınlaşır

img

28-07-2020 [09:44]


ABŞ-ın aeronavtika və kosmik sahənin tədqiqatı üzrə Milli İdarəsi (NASA) 85-190 metr  diametrə malik asteroidin Yer kürəsinə yaxınlaşması haqqında xəbərdarlıq edib.Y

TASS xəbər verir ki, “2009 PQ1” adı almış asteroid avqustun 5-də Yer kürəsinə maksimal məsafədə yaxınlaşacaq. O, planetimizin yanından 3,2 milyon kilometr məsafədə, 13,4 km/s sürətlə keçəcək.

Asteroid 14 avqust 2009-cu ildə kəşf edilib. Astronomlar onu Apollona - orbitləri Yer kürəsinin orbiti ilə kəsişən asteroidlərə aid edirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA