"Kimdən soruşdum, "yaxşı adamdır" dedilər" - Misir Mərdanovdan yeni nazir haqda açıqlama

img

27-07-2020 [21:10]


"Təhsilimiz üçün xeyirli bir qərardır".

Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında sabiq Təhsil naziri Misir Mərdanov  Prezident İlham Əliyevin sərəncamıyla yeni təyin edilən Təhsil naziri Emin Əmrullayevdən danışarkən deyib. Sabiq nazir yeni nazirə işində uğurlar arzulayıb:

"Mənim onunla şəxsi tanışlığım yoxdur. Aldığım məlumata görə, çox bilikli, bacarıqlı, təhsilli bir adamdır. Mən onu kimdən soruşmusamsa, deyiblər, "yaxşı adamdır". Bir neçə ildir Təhsil İnstitutuna rəhbərlik edib, camaatın fikiri müsbətdir. Əlbətə, mən də onlarla razılaşıram. Allah xeyir versin, deyirəm.

Qərbyönümlü, azərbaycan, rus, ingilis dilini bilən adamdır. Mən ona uğur arzulayıram".

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamıyla Emin Əmrullayev yeni Təhsil naziri təyin edilib.  Bundan öncə Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsini icra edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA