Deputatın oğlunun adına olan şirkəti ləğv olundu - Azər Kərimlinin övladına vəzifə verilib? + FOTOLAR

img

27-07-2020 [12:51]


Azərbaycan Milli Məclisinin deputatı Azər Kərimlimin oğlu Fəxri Kərimli iki il əvvəl İngiltərədə təsis etdiyi CARRIMLI LIMITED şirkətini könüllü şəkildə ləğv edib.

Mia.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli bildirib ki, F.Kərimli bununla bağlı o, iyulun 17-də Londonda Şirkətlər Evinə (müəssisələrin qeydiyyat idarəsi) müraciət edib.

Şirkətin ləğvi barədə məlumat iyulun 28-də rəsmi qəzetdə dərc olunacaq.

Xatırladaq ki, CARRIMLI LIMITED-in fəaliyyət sahəsi daşınmaz əmlak biznesini əhatə edirdi. Fəxri Kərimli Oksford məzunudur. Ehtimal edilir ki, onun Londondakı biznesinə son qoyması atası Azər Kərimlinin vasitəsilə Azərbaycanda dövlət işinə düzəlməsi ilə əlaqədardır.

Azər Kərimlinin digər oğlu İlkin Kərimli də Londonda daşınmaz əmlak biznesi ilə məşğuldur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq