Oqtay Şirəliyev baş həkimi işdən çıxarıb

img

27-07-2020 [10:56]


Səhiyyə naziri Oqtay Şirəliyev baş həkimi işdən çıxarıb.

O.Şirəliyevin əmri ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının baş həkimi Fərəcov Cavanşir Bəşir oğlu vəzifəsindən azad olunub.

Onun yerinə isə Salman Əliyev təyin olunub.

Qeyd edək ki,  Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev işdən çıxarıldığı zaman Cavanşir Fərəcov bir günlük onun yerinə təyinat almışdı/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA