İcra başçısının qardaşı oğlu bıçaqlandı - Keçmiş məmuru kim vurub?

img

26-07-2020 [16:02]


Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayon sakini, əvvəllər məhkum olunmuş Cəbrayılov Səməd Surxay oğlu yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanıb.

S.Cəbrayılov yaxınlarının köməkliyilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralı dərhal əməliyyat olunub. Hazırda vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, S.Cəbrayılov Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin qardaşı oğludur. O, bir müddət əvvəl Göyçay Rayon Gənclər Mərkəzinin rəhbəri və İcra Hakimiyyətində şöbə müdiri vəzifələrində çalışıb.

Faktla bağlı araşdırma aparılır/oxu.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA