Sabahın hava proqnozu açıqlandı

img

26-07-2020 [13:01]


İyulun 27-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında zəif duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. 

Mia.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26,  gündüz  30-35, Bakıda  gecə 24-26, gündüz  33-35 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

27 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi  şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında  duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 21-26, gündüz 35-39, dağlarda gecə 15-20, gündüz  20-25 dərəcə  isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA