"Əgər proses bu cür davam eləsə, bir sıra iş yerləri də açıla bilər" - Toy və SMS-lə bağlı hansı qərar veriləcək?

img

25-07-2020 [12:30]


"Hesab edirəm ki, yoluxma sayı 2 rəqəmliyə düşsə, müəyyən mexanizmlər tətbiq etməklə toy şənliklərinin keçirilməsi mümkün olar".

Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Respublikanın Baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, toy, yas mərasimləri daha çox insanların toplaşdığı yerlər və xəstəliyin yayılması üçün ən münbit şəraitin yaranacağı yerdir:

"Biz də çox gözləyirik, qohum-tanışlarda toy edəsi adamlar çoxdur. Toylara 500-1000 adam gəlir, odur ki təhlükəlidir. Onun da mexanizmini işləyib hazırlaya bilərlər. Hələ tezdir, 10 gün vaxt var, bu müddətə çox sey dəyişə bilər".

Cəlal İsayev bildirib ki, avqustun 5-i karantin bitmir: 

"Sadəcə olaraq, insanların SMS-lə deyil, daha sərbəst şəkildə işlərinə getməsi mümkün olacaq. Əgər proses bu cür davam eləsə, bir sıra iş yerləri də açıla bilər. Həm sağalmada, həm də yoluxmada günü-gündən ümidverici rəqəmlər açıqlanır". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA