Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti 4 gün tam dayandırılacaq

img

24-07-2020 [18:11]


Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejiminin avqustun 5-nə qədər uzadılması ilə əlaqədar Abşeron Dairəvi Dəmir yolu xətti üzrə işləyən elektrik qatarları şənbə və bazar günləri hərəkətdə olmayacaq.

Mia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC açıqlama yayıb.

Bildirilib ki, iyulun 25-i və 26-da, avqustun 1-i və 2-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti tam dayandırılacaq. Digər günlərdə isə sərnişin daşınması qüvvədə olan qrafik üzrə yerinə yetiriləcək.

31 iyul və 3 avqust tarixləri bayram və qeyri iş günləri olduğuna görə  saat 17-30 və 18-35-də yola düşən yola düşən Bakı-Xırdalan-Sumqayıt qatarları, saat 17-40 və 19-05-də yola düşən Bakı-Pirşağı-Sumqayıt qatarları işləyəcək. Həmçinin saat 07-40 və 09-15-də yola düşən Sumqayıt-Pirşağı–Bakı, saat 08-00 və 09-20-də yola düşən Sumqayıt-Xırdalan-Bakı qatarları da hərəkətdə olacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA