İmtahanlarda ən yüksək bal toplayan 4 şagird bu məktəblərin məzunlarıdır - Rəsmi

img

23-07-2020 [21:53]


Buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək.

Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, imtahan iştirakçıları arasında ən yüksək nəticəni 291.8 bal toplayan Naxçıvan şəhəri, Heydər Əliyev adına məktəbin məzunu göstərib.

İkinci ən yüksək nəticəni 286 bal toplayan Ağcabədi rayonu, 11 saylı şəhər tam orta məktəbin məzunu göstərib.

Naxçıvan MR Babək rayonu, Güznüt kənd tam orta məktəbin və Şirvan şəhəri, 16 saylı şəhər tam orta məktəbin məzunları isə hər biri 285.3 bal toplayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA