Vergi ödəyiciləri avqustun 11-nə qədər hesabatları təqdim edəcək

img

23-07-2020 [11:41]


"Sosial sığorta haqqında" qanuna edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılıb və artıq iyulun 21-dən etibarən hesabatların təqdim edilməsi mümkündür.

Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti açıqlama yayıb.

Bildirilib ki, vergi ödəyiciləri avqustun 11-nə qədər müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR