"Sentyabrın 15-nə yaxın epidemioloji vəziyyət necə olacaqsa..." - Dərslərlə bağlı daha bir açıqlama 

img

23-07-2020 [11:25]


Qarşıdakı 1 ay müddətində yoluxma sayındakı rəqəmlər və epidemioloji situasiya təhlil ediləcək, sonra buna müvafiq olaraq təhsil müəssisələrində tədrisin bərpası ilə bağlı qərar veriləcək.

Mia.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

C.İsayev qeyd edib ki, sanitar-epidemioloji vəziyyət imkan verərsə, orta və ali məktəblərin açılmasından söhbət gedə bilər:

“Amma indiki vəziyyətdə bu barədə danışmaq tezdir. Hazırda bütün diqqət yoluxma sayının azalmasına yönəlib. Sentyabrın 15-nə yaxın epidemioloji vəziyyət necə olacaqsa, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ona uyğun qərar veriləcək”.

Baş infeksionist bildirib ki, dərslər bərpa olunacağı halda, bununla bağlı da ayrıca metdoki göstərişlər hazılanacaq:

“Burada dərslərin necə keçirilməsi qaydaları müəyyən olunacaq. Orta və ali məktəblərin açılması epidemiolji cəhətdən situasiyanın gərginləşməsinə səbəb olan faktorlardan biridir. Ona görə də bu işdə çox ehtiyatlı olmağımız lazımdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA