Azərbaycanlı sabiq meri parlament seçkilərinə qatılacaq

img

23-07-2020 [10:49]


Gürcüstanın Marneuli rayonunun keçmiş meri Temur Abazovun oktyabrın 31-də keçiriləcək parlament seçkilərində iştirakı gözlənilir.

Bu barədə o özü yerli mətbuata açıqlamasında bildirib.

O, hakim Gürcü Arzusu Partiyasının proporsional siyahısında yer alacağını deyib: “Partiyadan bununla bağlı təklif irəli sürüldü və mən də imtina etmədim”.

T.Abazov siyahıda neçənci yerdə olacağı barədə qərarın hələ qəbul edilmədiyini vurğulayıb.

Qeyd edək ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin meri seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Ötən ilin fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib. Bu ilin fevralında isə o, bəraət alıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR