Oğuzda 30 yaşlı kişi bıçaqlanıb

img

22-07-2020 [19:26]


Oğuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Pərvin Nəsrəddin oğlu Lətifov şəxsi münaqişə zəminində həmkəndlisi, 1990-cı il təvəllüdlü Röyal Ramiz oğlu Abdullayevə bıçaqla xəsarət yetirib.

30 yaşı Röyal Abdullayev Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən 28 yaşlı Pərvin Lətifov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA