Fransa polisi Ermənistan bayrağının açılmasına imkan vermədi - Aksiya + VİDEO

img

22-07-2020 [18:21]


Fransada yaşayan azərbaycanlılar Ermənistanın Parisdəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Məlumata görə, soydaşlarımız Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycanla sərhəddə, Tovuz rayonunda törətdiyi təxribatlara etirazlarını bildiriblər.  

Fransada yaşayan ermənilər aksiyanın baş tutmamasına çalışsalar da, onların təxribat cəhdinin qarşısı alınıb. Paris polisi Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin bayrağının dalğalandırılmasına imkan verməyib.

Aksiyaya qatılmaq üçün Fransanın müxtəlif şəhərlərindən çoxlu sayda soydaşımız paytaxta axışıb. Şəhid olan vətəndaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycanın Dövlət himni ifa edilib.

Sonra Fransa ictimaiyyəti Ermənistanın təxribatçı əməlləri haqqında məlumatlandırılıb.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR