COVID-19-dan sağalanların saçları tökülür? 

img

22-07-2020 [17:28]


COVID-19-dan sağalanlar xəstəliyin şiddətli saç tökülməsinə səbəb olduğunu deyirlər.

Sosial şəbəkələrdə və mütəxəssislərin qəbulunda insanlar sağalandan sonra yaranan keçəlləşmədən şikayət edirlər.

“Saçlarımın təxminən 55 faizini itirmişəm və hər gün daha çox tökülür”, - deyən Qreys Dadli xəstəxanadan çıxdıqdan bir ay sonra bunun fərqinə varıb.

COVID-19 xəstələrinə dəstək qrupunun yaradıcısı, koronavirusdan sağalan Luiza Barns qeyd edir ki, qrup üzvlərinin üçdə birindən çoxu, özü də daxil olmaqla, qismən saç tökülmədən əziyyət çəkməyə başlayıblar.

Həkimlərin fikrincə, bu hadisə koronavirus infeksiyasının əsas simptomlarından biri - temperaturun artması ilə əlaqələndirilə bilər. Sherg.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA