Rusiyadan daha 440 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

img

21-07-2020 [21:15]


Bu gün Rusiyadan daha 440 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Bu barədə Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov məlumat verib.

"Bu gün 250 soydaşımız Azərbaycan-Rusiya sərhədini keçərək vətənə dönüb. Daha 190 nəfər isə Jukovskiy hava limanından Azərbaycana yola salınıb", - E.Hüseynov bildirib.

Xatırladaq ki, sonuncu dəfə iyulun 19-u Moskvanın Domodedovo hava limanından 192 soydaşımız yola salınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA