Rusiyada soydaşlarımızın biznesinə əl qoyulur

img

24-10-2013 [13:59]


Vətəninfo.az-a Moskvadakı soydaşlarımızdan daxil olan məlumatda deyilir ki, Rusiya Federasiyası rəhbərliyi azərbaycanlılara qarşı yeni bir siyasi qalmaqala səbəb ola biləcək planı işə salır. Məlumata görə, birbaşa Rusiya prezidentinin tapşırığı ilə azərbaycanlı biznesmenlərin iş yerlərində və biznes sahələrində qanunsuz maliyyə yoxlamaları aparılmaqla bərabər, onlardan əllərində olan biznes sahələrini təhvil vermək tələb olunur. Buna etiraz edənlərə qarşı isə müxtəlif təzyiq mexanizmlərindən istifadə olunacağı bildirilir. Məlumatı verən soydaşımızın sözlərinə görə, Rusiya Federasiyasının rəhbərliyi taciklərə qarşı da amansız bir münasibət sərgiləməkdədir. Metrolarda və müxtəlif yerlərdə tacik millətindən olan şəxslər döyülür, təhqir edilir və ölkədən çıxarılır. Məlumatda o da vurğulanır ki, şəhərdə artıq tacik görmək mümkün deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA