Saatlıda bıçaqlanma hadisəsi: axtarışda olan şəxs tutuldu

img

21-07-2020 [13:55]


Saatlı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.-az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də şəhər sakini M.İbrahimova bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmiş R.Şıxəliyev saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) ilə axtarışda olması da müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR