Rəsmi Tbilisidən Ermənistana hərbi sursat keçirilməsi xəbərlərinə reaksiya: "Bu, qərəzli informasiyadır"

img

20-07-2020 [20:13]


Ermənistana Serbiyadan Gürcüstan ərazisi ilə hərbi sursat keçirilməsi barədə məlumatlar dezinformasiyadır.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Bəyanatda vurğulanıb ki, Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır, iki ölkənin xalqları arasında uzunmüddətli dostluq əlaqələri mövcuddur. Dezinformasiya yayan media orqanları bu əlaqələrə kölgə salmağa çalışır.

“Bir daha vurğulayırıq ki, Gürcüstan və Azərbaycan dərin, inkişaf edən strateji tərəfdaşlıq əlaqələrinə malikdir, xalqlarımız arasında uzunmüddətli dostluq əlaqələri mövcuddur. Hər iki ölkə regionda mühüm rol oynayır və bir çox birgə regional, qlobal əhəmiyyətli layihələri həyata keçiririk. Bu, qərəzli informasiyadır və iki strateji tərəfdaş ölkə arasında münasibətlərə süni şəkildə problem yaratmağa yönəlib”, - deyə XİN-in bəyanatında qeyd olunub/APA

Xatırladaq ki, bir sıra kütləvi informasiya vasitələrində Serbiyadan Ermənistana xeyli sayda müxtəlif çaplı minaatanların çatdırılmasına dair məlumatlar yayılıb. Minaatanların Gürcüstan üzərindən Ermənistana keçirildiyi qeyd olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR