"Gürcüstan iqtidarı Ermənistana silah ötürülməsinə izahat verməlidir" - "Əgər məlumatları həqiqət olarsa..."

img

20-07-2020 [19:00]


“Azərbaycan mətbuatının Serbiyadan minomyotların Ermənistana Gürcüstan vasitəsilə çatdırılması barədə məlumatları həqiqət olarsa, bu, Gürcüstan və onun vətəndaşlarının həyatı əhəmiyyətli maraqlarına qarşı addım kimi qiymətləndiriləcək”.

Bunu müxalif Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Giqa Bokeriya deyib.

Onun sözlərinə görə, informasiyalar yalnışdırsa, hakimiyyət problemi aradan qaldırmaq üçün dərhal reaksiya verməlidir: “Gürcüstan qonşuluqdakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Bizim bu qarşıdurmanın hansısa formada alovlandırmağımız yolverilməzdir. Gürcüstan hakimiyyəti yayılan məlumatların yalan olması barədə beynəlxalq ictimaiyyəti və tərəfdaşımız Azərbaycanı inandırmalıdır”.   

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR