AXCP fəalı ev dustaqlığına buraxıldı - Hakimdən gözlənilməz qərar + FOTOLAR

img

20-07-2020 [17:53]


"AXCP fəalı Məmmədzadə Səid barəsində seçilmiş həbs qətimkan tədbirinim ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətimiz Bakı şəhər Xətai Rayon Məhkəməsinin hakimi Lalə xanım Rəhimli tərəfindən təmin olundu və S.Məmmədzadə 15 avqust 2020-ci il tarixədək ev dustaqlığına buraxıldı".

Mia.az xəbər verir ki, bu sözləri vəkil Elçin Sadıqov sosial şəbəkədəki səhifəsində yazıb.

Xatırladaq ki,  S.Məmmədzadə mayın 16-da xuliqanlıqda (221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi) ittiham olunaraq saxlanılmışdı.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR