Hesabatları vaxtında verə bilməyən vergi ödəyicilərinə sanksiyalar tətbiq edilməyəcək

img

20-07-2020 [15:17]


Azərbaycan Respublikasının "Sosial sığorta haqqında" Qanununa edilmiş dəyişikliklərlə bağlı hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron vergi idarəsində hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi"ndə müvafiq düzəlişlər aparılır.

Dövlət Vergi Xidmətindən Mia.az-a verilən məlumata görə, bu proses qısa bir zaman çərçivəsində həll olunacaq: "Vergi ödəyicilərinin nəzərinə çatdırır ki, hesabatları son tarixə təqdim edə bilməyən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyaları tətbiq edilməyəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR