Gürcüstan Ermənistana silah çatdırılmasına yardım edib? - Partiya lideri iddialara aydınlıq gətirməyi tələb etdi

img

20-07-2020 [13:09]


Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Salome Samadaşvili Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) ölkə ərazisi ilə Ermənistana silah tədarükünün həyata keçirilməsi ilə bağlı fikirlərə aydınlıq gətirilməsini tələb edib. 

APA-nın yerli bürosunun xəbərinə görə, S. Samadaşvili belə bir hala yol verilməsinin Gürcüstanın beynəlxalq öhdəliklərinin pozulması anlamına gəldiyini bildirib.  

“Bizim münaqişə tərəflərindən hər hansı birinə Gürcüstan ərazisi ilə hərbi yüklərin daşınmaması ilə bağlı  beynəlxalq öhdəliyimiz var. Ona görə də mən XİN-i dərhal bu məsələyə aydınlıq gətirməyə çağırıram”, - deyə o, vurğulayıb.

Xatırladaq ki, bir sıra kütləvi informasiya vasitələrində Serbiyadan Ermənistana xeyli sayda müxtəlif çaplı minaatanların çatdırılmasına dair məlumatlar yayılıb. Minaatanların Gürcüstan üzərindən Ermənistana keçirildiyi də qeyd olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR