Qənirə Paşayevanın hansı qolu zədələnib? - Deputatın köməkçisi iddiaları belə cavablandırdı + FOTO

img

19-07-2020 [11:11]


Məlum olduğu kimi, sosial şəbəkələrdə  deputat Qənirə Paşayevanın zədəli qolu haqqında yalana əl atdığını iddia edən fotolar paylaşılır. Orada deputatın sağö, yoxsa sol əlinin zədələndiyi müzakirə edilir. 

Mia.az xəbər verir ki, bu gün Q.Paşayevanın rəsmi “Facebook” səhifəsində köməkçisinin adı ilə həmin iddialar belə cavablandırılıb:

“Jurnalist Arifə xanımın çəkdiyi selfi fotonu normal çəkilmiş foto ilə “fotoşop” edib yayanlar, çox miskin görünürsünüz. Çünki normal insanlar “fotoşop”un, “güzgü effekti”nin nə olduğunu anlayır. Qənirə xanım heç özü sizə cavab verməyə razı olmadı. Amma biz bunu özümüzə borc bildik.

Bu arada, neçə gündür Qənirə xanımın müalicəsi üçün dəstək olan bütün həkimlərimizə təşəkkür edirik”. 

Qənirə Paşayevanın sosial şəbəkələrdə yayılan şəkillərinə aydınlıq gəldi - FOTO

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR