İlham Əliyev seçkidən sonra ilk xarici səfərə gedir

img

23-10-2013 [15:27]


Azərbaycanda növbəti müddətə prezident seçilmiş İlham Əliyev ilk rəsmi xarici səfərini Türkiyəyə edəcək. Səfər gələn həftə baş tutacaq. Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.

Səfir bildirib ki, ənənəyə uyğun olaraq prezident İlham Əliyev ilk xarici səfərini Türkiyəyə edəcək. O, səfər zamanı iki ölkə arasında siyasi və iqtisadi sahədə bir sıra mühüm məsələlərin müzakirə olunacağını söyləyib: "Səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı, iqtisadi əməkdaşlığımızı daha da inkişaf etdirməyin yollarının axtarılması, Türkiyə və Azərbaycan sahibkarlarının qarşılıqlı sərmayə yatırmasını asanlaşdırmaq kimi məsələlər müzakirə olunacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA