Azərbaycanda yeni partiya yaradıldı - Bəyanat
16-07-2020 [23:35]
Azərbaycanda yeni partiya yaradılıb.
Mia.az xəbər verir ki, Anar Əsədli, Bəhrəm İsmayılov və jurnalist Aygün Muradxanlıdan ibarət olan yeni partiyanın (Azərbaycan Yüksəliş Partiyası) Təşəbbüs Qrupu bununla bağlı aşağıdakı bəyanatı yayıb:
"Dəyərli xalqımız!
Yaşadığımız çətin günlərdə Azərbaycanda azad və demokratik dövlət qurulmasını amalı sayan vətəndaşlarımızın ən böyük arzusu ərazi bütövlüyümüzün bərpasıdır.
Gənc dövlətimiz müstəqilliyini bərpa etdiyi gündən yeni iqtisadi və siyasi sistemi qurmaq, baş vermiş işğal səbəbindən amansız düşmənlə savaşmaq, itirilmiş torpaqları geri qaytarmaq, qonşu dövlətlərlə münasibətləri nizamlamaq, ən əsası, dövlətçilik ideologiyası zəminində yeni vətəndaş yetişdirmək, şəffaf cəmiyyətin əsas atributlarından olan vətəndaş institutlarını yaratmaq, Sovetlər Birliyinin dağılması nəticəsində yaranan çoxsaylı sosial çətinlikləri aradan qaldırmaq kimi böyük problemlərlə üzləşib.
Son 30 ildə Azərbaycanda demokratik institutların formalaşması, yuxarıda sadalanan problemlərin çözülməsi məqsədilə 50-yə yaxın siyasi partiya və yüzlərlə qeyri-hökumət təşkilatı yaradılıb. Buna baxmayaraq, ölkədə yaranmış ideoloji boşluq bir çox vətəndaşın öz siyasi düşüncəsini arzuolunan səviyyədə ifadə etməsinə imkan vermir. Artıq Azərbaycanda yeni təfəkkürə sahib parlaq nəsil yetişməkdədir. Düşünürük ki, Azərbaycan siyasi məkanında formalaşmış müsbət ənənələrə sadiq qalmaqla dəyişən çağın tələblərini nəzərə alaraq, yeni ideoloji-siyasi təşkilata, yeni nəfəsə ehtiyac duyulur.
Bu səbəbdən də bir qrup vətənsevər, sağ mərkəzçi, demokratik prinsiplərə sadiq, aktiv ictimai-siyasi şəxslər olaraq ölkəmizin gələcəyi ilə bağlı baxış və niyyətlərimizin birləşdiyi yeni siyasi təşkilatı - Azərbaycan Yüksəliş Partiyasının (AYP) Təşəbbüs Qrupunu elan edirik.
Yeni siyasi qurum aşağıdakı məramları rəhbər tutur:
1. Milliyyətçilik;
2. Parlamentli respublika idarəçiliyi;
3. Sosial ədalət;
4. Sosial mühafizakarlıq - dini, mədəni, etnik irsin qorunması;
5. Sekulyarizm - dinin dövlət idarəçiliyindən ayrı olması;
6. İrredentizm - tarixi torpaqların geri qaytarılması.
Bəyan edirik ki, vətənsevər, böyük və güclü Azərbaycan arzusunda olan hər bir vətəndaş Təşəbbüs Qrupuna qatılaraq siyasi təşkilatın quruculuğunda iştirak edə bilər.
Təşəbbüs Qrupunun cavabdeh şəxslərini ictimaiyyətə təqdim edirik:
Anar Əsədli
Bəhrəm İsmayılov
Aygün Muradxanlı"
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib