Çempionlar Liqasının oyunları Qətərdə olacaq

img

16-07-2020 [13:52]


Qətər Futbol Assosiassiya Qərb bölgəsi üzrə Asiya Çempionlar Liqasının oyunlarına ev sahibliyi edəcək. 

"Report" Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytına istinadən xəbər verir ki, 14 sentyabr  - 3 oktyabr tarixlərində, qrup mərhələsindən yarımfinala qədər bütün matçlar Qətərdə baş tutacaq. 

Şərq Bölgəsində keçiriləcək oyunlar üçün müraciətlər iyulun 24-də başa çatacaq. 

Qeyd edək ki, AFC koronavirus pandemiyasına baxmayaraq, 2020-ci il klub yarışını bitirmək niyyətində olduğunu təsdiqləyib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR