Neft Fondu bu il ən çox Asiya-Sakit Okean regionuna investisiya yatırıb

img

16-07-2020 [12:31]


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin iyunun 30-a investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Asiya-Sakit Okean regionu 35,53% təşkil edib.

 ARDNF-in 2020-ci ilin 6 ayının yekunlarına dair hesabatına görə, Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Avropa ölkələrinin payı 29,33%, Şimali Amerika 27,07%, Avstraliya-Yeni Zelandiya 1,13%, Yaxın Şərq 0,74%, CənubQi Amerika 0,05%, beynəlxalq maliyyə təşkilatlarının payı isə 6,15% təşkil edib.

Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə inkişaf etmiş ölkələrin payı 60,39%, inkişaf etməkdə olan ölkələrin payı 33,46%, beynəlxalq maliyyə təşkilatlarının payı 6,15% olub.

Bundan başqa, hesabat dövründə ARDNF-in investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə istiqrazlar və pul bazarı alətləri 66,8%, səhmlər 13,7%, daşınmaz əmlak 5,9%, qızıl isə 13,6% təşkil edib.

Qeyd edək ki, ARDNF-in cəmi investisiya portfeli 42 636,66 mln. manata çatıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR