İtaliyanın məşhur qəzeti Ermənistanın son təxribatlarından yazdı - MƏQALƏ
16-07-2020 [12:11]
İtaliyanın tanınmış “L’Opinione” qəzetində jurnalist Domeniko Letizianın 12 iyuldan başlayaraq Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistanın həyata keçirdiyi təxribatlarına İtaliyanın hakim siyasi-ictimai dairələrinin və tanınmış siyasətçilərinin reaksiyası, İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyi, eləcə də münaqişənin nizamlanmasının, o cümlədən son hərbi təxribatların qarşısının alınmasının İtaliyanın maraqları baxımından əhəmiyyətinə dair məqaləsi dərc olunub.
Azərbaycanın İtaliyadakı səfirliyindən Mia.az-a verilən məlumata görə, müəllif məqaləsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu olmaqla ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olduğunu, Tovuz istiqamətində Ermənistan hərbi qüvvələrinin həyata keçirdiyi təxribatların Ermənistanın Azərbaycana qarşı təcavüzünün yeni dalğası olduğunu, son təxribatların gətirib çıxartdığı tələfatlara diqqəti çəkir və Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında son hadisələrlə bağlı fikirlərinə istinad edir.
Məqalədə Azərbaycan Prezidentinin Ermənistan hakimiyyətini riyakarlıqda ittiham edərək baş verənlərə görə tam məsuliyyəti erməni tərəfinin daşığını, Ermənistanın bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edərək Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş etdiyini, digər tərəfdən isə hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək, Azərbaycanın mövqelərini zəbt etmək istədiyini, mülki əhalini, kəndlərimizi atəşə tutduğunu bildirdiyini vurğulayıb.
Məqalədə İtaliyanın ATƏT-in Minsk qrupunun üzvü kimi həmişə münaqişənin siyasi həllini dəstəklədiyini, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxşaxəli Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də tərəflərin bir-birinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyini, dövlətlərarası münasibətlərdə təcavüz aktlarının yolverilməzliyini təsdiq etdiklərini, habelə həmin sənəddə İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi sülh yolu ilə nizamlanmasını dəstəklədiyinin ifadə olunduğu bildirir.
Müəllif məqaləsində, habelə Ermənistanın son təxribatlarının İtaliya hakim-siyasi dairələrində yaratdığı narahatlığa diqqəti çəkir, eləcə də münaqişənin həllinə münasibətdə İtaliya hökumətinin, parlamentinin üzvlərinin, tanınmış ictimai-siyasi xadimlərinin verdikləri açıqlamalara yer verir. Bu xüsusda, müəllif İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun öz azərbaycanlı həmkarına telefon zənginin İtaliyanın narahatlığından irəli gəldiyini bildirir, eləcə də Senatın Xarici əlaqələr daimi komissiyasının sədri, 5 Ulduz Hərəkatı partiyasından olan senator Vito Petroçelli, İtaliya Respublikasının Nazirlər Şurasının Parlamentlə Əlaqələr üzrə dövlət katibi, 5 Ulduz Hərəkatı partiyasından olan senator Canluka Kastaldi, İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, Liqa partiyasından deputat Paolo Qrimoldi, İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, Liqa partiyasından senator Stefano Luçidi, İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, Liqa partiyasından deputat Rossana Boldi və İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotti, İtaliya Senatının “Yaşasın İtaliya” partiyasından olan üzvü, senator Mauro Maria Marino, Deputatlar Palatasının Xarici əlaqələr komissiyasının üzvü, “İrəli İtaliya” partiyasından olan deputat Osvaldo Napoli, İtaliyanın sabiq xarici işlər naziri, “Marco Pannella” Hüququn Aliliyi Qlobal Komitəsinin prezidenti Culio Terzinin İtaliya mətbuatına açıqlamalar verərək Ermənistan silahlı qüvvələrinin təxribatlarını və Azərbaycan ərazilərinin işğalını pislədiklərini, Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin yerinə yetirilməsinin vacibliyini vurğuladıqlarını qeyd edir. Həmin şəxslərin öz açıqlamalarında silahlı qarşıdurmaların baş verdiyi Tovuz rayonu ərazisindən İtaliyaya da neft nəql edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Cənub Qaz Dəhlizinin başlanğıcını təşkil etməsi baxımından maraq doğuran Cənubi Qafqaz boru kəmərinin keçdiyini vurğuladıqlarını bildirir.
Müəllif məqaləsində Ermənistan-Azərbaycan münaqişəsinin və Azərbaycan ərazilərinin işğalının Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə başlıca təhdid olduğunu, beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı sənədlərin qəbul olunmasına baxmayaraq, Ermənistanın öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxartmaq əvəzinə öz hərbi aktlarını davam etdirdiyini qeyd edir. Yazıda karbohidrogen ehtiyatları, o cümlədən təbii qazla zəngin olan, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan və İtaliyanın Puliya regionuna qədər uzanan TAP boru kəmərinin təchizatçısı olan Azərbaycanın Avropa Birliyinin enerji təhlükəsizliyi strategiyasını həyata keçirməsi üçün əhəmiyyətindən bəhs olunur. Məqalədə Azərbaycanın İtaliyanın güclü iqtisadi və ticari əlaqələrə malik strateji tərəfdaşı və bölgədə əsas istinad nöqtəsi olduğu və münaqişənin yenidən alovlanmasının İtaliyanı və beynəlxalq ictimaiyyəti narahat etməli olduğu vurğulanır.
Məqalə ilə aşağıdakı keçidlə tanış olmaq mümkündür:
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ