Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidentinə məktub ünvanlayıb

img

15-07-2020 [21:54]


Azərbaycanın Baş Naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.

Mia.az xəbər verir ki, məktubda Baş Nazir iyulun 12-də Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törədilən hərbi təxribatı pisləyən bəyanatına və ölkəmizə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Baş Nazir Əli Əsədov Fuat Oktayın “Səninləyik Azərbaycan” ifadəsini səsləndirməklə bir daha əsl qardaşlıq nümunəsi göstərdiyini vurğulayıb.

Azərbaycan dövlətinin və xalqının bu qardaşlıq dəstəyini yüksək qiymətləndirdiyi bildirilib.

Baş Nazir Əli Əsədov, həmçinin Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümündə bu cinayəti bir daha qətiyyətlə pislədiyini və qəbuledilməz hesab etdiyini qeyd edib, dövlət çevrilişi cəhdinin qarşısının alınması üçün canlarını verən şəhidlərin ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR