Rəsmi Tehran: “Azərbaycanın ərazi bütövlüyü strategiyamızdır”

img

15-07-2020 [15:04]


"Ölkələrin, o cümlədən də Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması İranın bölgə strategiyası olub və olacaqdır".

Reyting.az “Xəbəronlayna”-a istinadla xəbər verir ki, bunu İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi öz “Instagram” səhifəsində yazıb. 

İran Prezident Aparatının rəhbəri dünən gecə Azərbaycan Respublikası Baş nazirinin müavini ilə söhbətinə dair qeydində bildirib: 

"Dünən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə telefon danışığında bir neçə əsgərin öldürülməsinə görə təəssüf və həmdərdliyimi bildirdim. Azərbaycan Respublikası ilə Ermənistanın sərhədindəki münaqişə ilə bağlı vurğulamışam: ölkələrin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması İran İslam Respublikasının bölgə strategiyası olub və olacaqdır”.

Daha sonra İran Prezident Aparatının rəhbəri yazıb: "İran həmişə problemlərin və mübahisələrin siyasi həllər və danışıqlar yolu ilə nizamlanmasını vurğulayır. Ümid edirik ki, problem eyni şəkildə həll ediləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR