"Ermənistanın bütün strateji obyektlər hədəf kimi qəbul olunmalı və məhv edilməlidir" - Keçmiş XİN başçısı
15-07-2020 [14:28]
Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarlı Yenisabah.az-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Tofiq bəy, Ermənistan-Azərbaycan sərhəddində hərbi vəziyyət kəskinləşib. Bu dəfə döyüşlər Dağlıq Qarabağda deyil, Tovuzda sərhəd zonasında gedir. Sizcə, niyə Qarabağ yox, Tovuz və bu baş verənlər kimə lazımdır?
- Əlbəttə ilk baxışdan Ermənistanın təşəbbüs göstərərək hərbi əməliyyatları bərpa etməsi məntiqli görünmür. Lakin mənim fikrimcə, baş verənlər Nikol Paşinyan və onun komandasının maraqlarına uyğundur. Paşinyan istəyir ki, bu yolla Moskva ilə günü gündən pisləşən münasibətlərə birdəfəlik nöqtə qoyub qərbyönlü siyasət həyata keçirsin.
Təbii ki, bunu təmin etmək üçün ona həm Moskvanın həyata keçirdiyi və imitasiya xarakteri daşıyan danışıqlar prosesini iflasa uğratmaq, daha sonra hərbi əməliyyatlara başlayaraq Rusiyanın İrəvana yardım etmədiyini əsas gətirərək anti-Rusiya əhval ruhiyyəsini gücləndirmək, eyni zamanda bununla ona qarşı formalaşn müxalifətə zərbə vurmaq lazımdır. Qeyd edim ki, Paşinyana qarşı müxalifətdə dayanan siyasətçilərin əksəriyyəti Rusiya meyllidir.
Bunu təkcə Paşinyanın marağı olduğunu söyləmək də doğru olmazdı. Ermənistandakı proseləri izləyərkən görünür ki, bu ölkənin elitası artıq başa düşüb onlar Qərbdən daha çox imkanlar əldə edə bilərlər. Bunun üçün isə təbii ki, Rusiya ilə əlaqələri pozmaq lazımdır.
- Belə təkliflər səsləndirlir ki, Azərbaycan indiki fürsətdən yararlanaraq Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamalıdır...
- Biz bilməliyik ki, Ermənistan ordusu həm Dağlıq Qarabağda, həm də Azərbaycanla sərhəd zonalarda yerləşib. Yəni bir neçə cəbhə var və Azərbaycanın bu cəbhələrin hər birinə zərbə endirməyə mənəvi haqqı var.
Yeri gəlmişkən, bu iki gün ərzində Azərbaycanda baş verənləri çox yüksək qiymətlənidirirəm. Azərbaycan xalqı milli həmrəylik gününü yaşadı və bu çox müsbət haldır.
- Ermənistanın bu dəfəki təxribatı nəticəsində Azərbaycan ordusunun generalı şəhid oldu. Bu son illərdə baş verən bir hadisədir ki, cəbhədə general şəhid edilir...
- Hesab edirəm ki, bu bizim səhvimiz nəticəsində olub. Yüksək səviyyədə maskirovka olunmayıblar. İndisə bizim hərbçilərimiz başa düşüblər qarşımızda amansız düşmən var. Bu düşmən üçün Azərbaycanın mülki şəxsləri də, hərbi qulluqçuları da, ərazimizdəki bütün obyektlər, nöqtələr onlar üçün hədəfdir. Biz də bilməliyik ki, bizim üçün bir düşmən var – Ermənistan. Ona məxsus bütün strateji obyektlər hədəf kimi qəbul olunmalı və məhv edilməlidir. Deyəsən, artıq bu nöqtəyə gəlmişik.
Dünən də xalqın orduya dəstəyi sevindirici idi. Bu təşkil olunmamış, sadəcə xalqın istəyindən irəli gələn aksiya idi.Xalq artıq gözləməkdən yorulub. İndi bizim əsas siyasi və mənəvi hədəfimiz işğal olunmuş torpaqlarımızı azad edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir.
- Dünənki aksiyada sonda təxribat da baş verdi. Hər halda bir qrup şəxsin Milli Məclisin binasına daxil olması ictimai rəydə təxribat kimi qəbul edilir. Sizin buna münasibətiniz necədir?
- Əlbəttə, mən onlara haqq qazandırmaq niyyətində deyiləm. Amma bilmək lazımdır ki, hər kəs baş verənləri öz səviyyəsində təhlil edir. Orada insanlar çox idi, emosiyalar coşmuşdu. İndi onların arasında hər cür adam ola bilər, ağıllısı da ola bilər, səbrsizi də.
Amma insanlarımız bilməlidir ki, polis də, əsgər də bizim vətəndaşlardır. Biz də döyüş şəraitində əsgər olmalı, əmrə tabe olmalıyıq. Bu həmrəylik hamıya aiddir.
Mən bu məsələdə siyasi partiyaların tutduğu mövqeni yüksək qiymətləndirirəm. Dəstək bəyanatı yaydılar, həmrəylik nümayiş etdirdilər. Bu çox gözəl təşəbbüs idi.
Vidadi Məmmədov
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı