"Tez bir vaxtda substantiv danışıqları davam etdirməliyik” - ATƏT sədri bəyanat yaydı

img

15-07-2020 [00:29]


“Mən Ermənistan və Azərbaycan sərhədi boyunca artan gərginlikdən dərin narahatlıq keçirirəm və tərəfləri daha çox insan tələfatı baş vermədən atəşkəsə dərhal qayıtmağa çağırıram”. 

Bu sözlər ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və Avropa və Xarici İşlər naziri Edi Ramanın təşkilatın saytında yayımlanmış bəyanatında deyilib.

O, qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik tərəflərlə yaxın əlaqədədir və vəziyyəti stabilləşdirmək üçün səy göstərir.

O bildirib ki, Azərbaycan və Ermənistanın liderlərinin 2019-cu ilin martında Vyanadakı görüşü zamanı Minsk Qrupu həmsədrlərinin himayəsi ilə birbaşa komunikasiya kanalı yaradılıb.

Belə bir mexanizmin vəziyyətin de-eskalasiyası üçün istifadə edilə biləcəyinə ümidvar olduğu vurğulanıb.

ATƏT sədri hər iki tərəfdən həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralılarla bağlı narahatlığını ifadə edib: “Biz hamımız konfliktin insan tələfatını azaltmaq üçün bacardığımzı etməliyik və mümkün qədər tez bir vaxtda substantiv danışıqları davam etdirməliyik”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR