"Real" çempionluq turu təşkil etməyəcək

"Real" çempionluq turu təşkil etməyəcək

İDMAN

14.07.2020, 22:58

"Real" çempionluq turu təşkil etməyəcək.

Bu barədə "kral klubu" rəsmi saytı vasitəsilə məlumat yayıb.

Madridlilər qeyd ediblər ki, əgər La Liqada çempion olsalar, koronavirus pandemiyası səbəbindən şəhər meydanında doğru hərəkət etməyəcək. Bununla bağlı azarkeşlərə xəbərdarlıq edilib: "Finişə iki tur qalıb. Həm biz, həm də "Barselona" çempionluq şansını qoruyur. Əgər "Real" çempion olsa, oyunçularımız ənənəvi yerlərə, xüsusən də, Sibeles meydanına getməyəcəklər. Titul qazanacağımız təqdirdə, azarkeşlərimizdən də bir yerə toplaşmamalarını xahiş edirik".

Qeyd edək ki, "Real" sona 2 tur qalmış ən yaxın izləyicisi "Barselona"nı 4 xal qabaqlayır/APAsport.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR