Məşhur müğənni istirahət mərkəzində saxlanıldı - Nura Suri 200 manat cərimə edildi

img

14-07-2020 [20:04]


İyulun 14-də Qusar-Quba yolunda  xidmətdə olan polis əməkdaşları “Porsche Cayenne” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, sürücü, Bakı şəhər sakini Aynurə Surinin (Nura Suri) və sərnişini Bakı şəhər sakini Təranə Axundovanın təqdim etdikləri sənədlər yoxlanılarkən onların xüsusi karantin reyimi dövründə verilən icazədən sui-istifadə etmələri müəyyən edilib.

Belə ki, A.Suri və T.Axundova 16 gün – iyun ayının 28-dən iyul ayının 14-nə kimi Qusar rayonu ərazisindəki istirahət mərkəzində istirahətdə olublar. Ona görə hər iki şəxs  barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Protokol tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə olunublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR