Messi Ernandes ilə görüşəcək

img

14-07-2020 [19:06]


İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Qətərin "Əl Sədd" komandasının baş məşqçisi Xavi Ernandes ilə görüşəcək. 

"Report"  "Cadena Ser"ə istinadən xəbər verir ki, tərəflər 40 yaşlı mütəxəssisin Kataloniya təmsilçisinin sükanı arxasına mümkün keçidini müzakirə edəcəklər. 

"Barselona"nın sabiq yarımmüdafiəçisi bu yaxınlarda komandanın baş məşqçisi olmaq istədiyini söyləyib. 

Qeyd edək ki, Xavi Ernandes 1998 - 2015-ci illərdə "Barselona"nın formasını geyinib. İspaniya millisinin sabiq üzvü klubla müxtəlif titulların sahibi olub. Onun "Əl Sədd"lə sözləşməsi 2020/21 mövsümünün sonuna qədərdir. Lakin iddia olunur ki, Xavinin müqaviləsində "Barselona"ya getməsinə icazə verən bənd mövcuddur.

Hazırda "Barselonada"nın baş məşqçisi Kike Setyendir 


Digər xəbərlər
SON XƏBƏRLƏR