Səfər Əbiyev də meydana çıxdı: “Azərbaycan əsgəri işğalçıya lazımi dərsi verəcək“
14-07-2020 [18:15]
Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Tovuz istiqamətindəki erməni təxribatına münasibət bildirib.
Mia.az xəbər verir ki, keçmiş nazir Moderator.az-a açıqlamasında belə deyib:
"Tarixi düşmən öz məkirli niyyətindən geri durmaq istəmir. Sözüz onu bu qudurğan hala gətirən ciddi səbəblər var və bunlar nəinki bizə, bütün dünyaya məlumdur. Ancaq haqq və ədalətin bərpası məsələsi meydana gələr-gəlməz beynalxalq birliyin, xüsusilə Minsk qrupunun susqunluğunun və ya ikibaşlı oyunlarının şahidi oluruq. işğalçı Ermənistan barədə heç bir ölçü götürülməməsi əyani şəkildə sübut edir ki, təcavüzkarın arxasında dayanan qüvvələr Azərbaycana təzyiqin müxtəlif forma və metodlarını yürütməkdə davam edirlər.
Təsəvvür edin, Birləşmiş Millətlər Təşkilatının 4 mühüm qətnaməsi olsa da işğalçı Ermənistan Dağlıq Qarabağdan əsgəri qüvvəsini çıxarmır, hətta torpaqlarımızın ilhaqı üzərində öz mövqeyini möhkəmləndirməyə çalışır. Bu günkü sərhəd döyüşlərinin baş verməsinin bir səbəbi də buna bağlıdır. Azərbaycan heç bir vaxt işğalçı Ermənistan siyasətinə imkan verməyəcəkdir. Mən ordumuzun gücünə, torpaq sevgisinə, vətən duyğusuna çox yaxından bələdəm. 20 ilə yaxın əsgərimizlə çiyindaş olduğum günlərdən onun qəhrəmanlığını, şücaətini, düşmən qarşısında əyilməz bir qürura sahib olduğunu öz gözlərimlə görmüşəm. Ona görə də Azərbaycan Silahlı Qüvvələrinin gücünə inanır və onun düşmən üzərində son qələbəsinə böyük ümidlərlə baxıram.
Döyüş belədir ki, itkisiz keçilmir. Tovuz rayonu ilə həmsərhəd ərazilərimizdə düşmənin həmləsinə qətiyyətlə cavab verən Azərbaycan Ordusu Ermənistan silahlı bölmələrinə ağır zərbələr endirmişdir. Düşmən təşviş içərisindədir. İnanıram ki, Azərbaycan əsgəri işğalçını son yuvasına qədər qovaraq lazımi dərsini verəcək.
Allah şəhidlərimizə rəhmət eləsin!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb