Rəsmi Moskvadan Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə reaksiya: "Dərindən narahatıq"

img

14-07-2020 [14:25]


"Kreml Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərindən narahatdır".

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərin narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi ilə bağlı üzərinə götürdükləri öhdəliyə riayət etməyə çağırırıq”, - deyə o, qeyd edib.

Peskov bildirib ki, Rusiya Minsk qrupunun həmsədri kimi nizamlanma ilə bağlı öz vasitəçilik səylərini göstərməyə hazırdır: “Bildiyiniz kimi, Rusiya XİN başçısı Sergey Lavrovun Bakı və İrəvandan olan həmkarları ilə intensiv telefon danışığı olub. Hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR