Lavrov Elmar Məmmədyarov və Mnatsakanyanla telefonda danışıb, dərhal atəşi dayandırmağa çağırıb

img

13-07-2020 [19:21]


Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan – Ermənistan sərhədindəki vəziyyəti hər iki ölkədən olan həmkarları - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefonla müzakirə edib və münaqişə tərəflərini dərhal atəşi dayandırmağa çağırıb.

Mia.az Report-a istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədəki açıqlamasında aşağıdakıları bildirib:

“Ermənistan – Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. Sergei Lavrov tərəfləri qəbul etdikləri öhdəlikləri, həmçinin ATƏT-in Minsk qrupu həmsədrləri olan Rusiya, ABŞ və Fransa nümayəndələrinin, ATƏT-in fəaliyytdəki sədrinin şəxsi köməkçisinin təkliflərini nəzərə almaqla atəşi dərhal dayandırmağa, təmkinli olmağa çağırıb”.

Rusiyalı nazir həmçinin Bakı və Yerevanla təmasları çərçivəsində “istər ölkə olaraq, istırsə də ATƏT-in Minsk qrupu həmsədri sifətilə” vasitəçilik missiyasına bundan sonra da davam edəcəklərini vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR