"Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur" - MN daha bir iddianı yalanladı

img

13-07-2020 [18:28]


Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın feysbuk səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə məlumat yayılıb.

Azərbaycan Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmir: "Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur".


Digər xəbərlər
SON XƏBƏRLƏR