Azərbaycan və İran uçuşların bərpasını müzakirə edir

img

13-07-2020 [13:14]


"Azərbaycan və İran rəsmiləri iki ölkə arasında uçuşların bəpra edilməsi ilə bağlı müzakirələr aparır". 

Bunu Mia.az-a açıqlamasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə  deyib.

O, həmçinin xatırladıb ki, koronavirus (COVID-19) pandemiyasına baxmayaraq Azərbaycan və İranın quru sərhədləri vasitəsilə nəqliyyatın hərəkəti tamamilə dayandırılmayıb. 

"Səfirliklə Nazirlər Kabineti yanında Operativ Qərargah arasında çox səmərəli və sıx əməkdaşlıq qurulub. Karantin dövründə Azərbaycanda qalmış 1 000-dən çox İran vətəndaşı 6 mərhələdə vətəninə, İranda qalmış 160 Azərbaycan vətəndaşı isə Tehran-Bakı aviareysi, Astara və Biləsuvardakı sərhəd-keçid məntəqələri vasitəsilə ölkəsin qayıdıb. Bizimlə yanaşı, Azərbaycanın İrandakı səfirliyi də bu sahədə böyük fəallıq göstərib" - deyə o, qeyd edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR