Partiya sədri Ramiz Mehdiyev haqda elə sensasion iddialar irəli sürdü ki...
12-07-2020 [16:03]
ADP sədri Sərdar Cəlaloğlunun Laf.tv-yə verdiyi müsahibə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Partiya sədri son günlərin aktual mövzularına toxunub, sensasiyalı iddialar irəli sürüb.
S.Cəlaloğlu Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın hazırkı prezidenti R.Mehdiyevin ona ünvanlanan ittihamlara verdiyi cavabı tənqid edib.
Partiya sədri deyib ki, R.Mehdiyev öz fəaliyyətilə Azərbaycanın demokratik, inkişaf etmiş ölkəyə çevrilməməsi üçün əlindən gələni edib: “Azərbaycanda 20 ildən artıq müddətdə seçkilərin saxtalaşdırılmasının başında Ramiz Mehdiyev durur. Son parlament seçkilərində də Akademiyaya yığışdılar. Və yenə seçkiyə müdaxilə etdi, yenə demokratik, istiqlalçı qüvvələr kənarda qaldı, yenə ayrı-ayrı klanların və Rusiyanın kəşfiyyat orqanlarının əməkdaşları parlamentə buraxıldı.”
Daha sonra S.Cəlaloğlu R.Mehdiyevin kadr təyinatındakı roluna toxunub: ”Ramiz Mehdiyev Azərbaycanda kadrların təyin edilməsində bir nömrəli şəxs olub. İcra hakimlərini, nazirləri, komitə sədrlərini Ramiz Mehdiyev təyin edib. Bu gün icra başçıları korrupsionerdi, cinayətkardı, bütün nazirliklərdə korrupsiya, vətənə xəyanət baş alıb gedir və s. Deməli, Rusiya kəşfiyyatına xidmət edənləri, vətənə xəyanət edənləri, Azərbaycan xalqını içindən qurd kimi gəmirənlərin hamısını Ramiz Mehdiyev seçib gətirib Azərbaycan dövlətinə yerləşdirib.”
S.Cəlaloğlu bildirib ki, R.Mehdiyev yalandan Heydər Əliyevə və İlham Əliyevə sədaqət andı içsə də, böyük cinayətlər törədib: “Ramiz Mehdiyevin sayəsində ölkədəki bütün demokratik institutlar sıradan çıxarılıb, qeyri-hökumət təşkilatları, azad mətbuat, həmkarlar təşkilatları məhv edilib. Heydər Əliyevə, İlham Əliyevə sədaqət adı altında Azərbaycanın demokratik institutları məhv edilib. O, Azərbaycanda cinayətkar formada özəlləşdirmə aparıb. Dəyəri 60 milyard olan dövlət və ictimai əmlak cəmi 4 milyard hesablanıb...”
S.Cəlaloğlu məhz R.Mehdiyevin Azərbaycandakı “5-ci kolon”a rəhbərlik etdiyini də söyləyib: “30 ildə nə bir dəfə Türkiyəyə, nə də Avropaya səfər etməyib. Amma ildə 1-2 dəfə Rusiyaya səfər edib. Bu, onu göstərir ki, R.Mehdiyev Azərbaycandakı “5-ci kolon”un rəhbəridir. R.Mehdiyev Rusiyanın verdiyi tapşırıqları hərfinə qədər icra edib.”
ADP sədri R.Mehdiyevin ailə üzvlərindən də danışıb: “Mənə bir məlumat daxil olub və onu olduğu kimi çatdırmaq istəyirəm. R.Mehdiyevin bir nəvəsi özünə 2-3 hektar ərazidə bir bağ evi tikdirir. Villanın “oblisovkası” italiyadan bir kv.metri 5 min dollara gətirilən mərmərlə hörülüb. Haradandır bu pullar?”
S.Cəlaloğlu deyib ki, DTX R.Mehdiyevin fəaliyyətini yoxlamalıdır: “Ramiz Mehdiyevin “Heydər Əliyevə, İlham Əliyevə sədaqətliyəm” deməyinə baxmayın. Bunu deyənlərin heç biri səmimi deyil. Onlar hamısı millətə, dövlətə xəyanətlərini bu ad altında gizlədirlər. DTX Ramiz Mehdiyevin fəaliyyətini yoxlamalıdır. Parlament seçkilərindəki korrupsiyasını, özəlləşdirmədəki, kadr təyinatındakı korrupsiyanı yoxlamalıdır. Biz bilirik ki, PA-dan tutmuş icra hakimiyyətlərinə qədər Rusiya kəşfiyyatına xidmət edən insanlar yerləşdirilib.”
Daha sonra S.Cəlaloğlu XİN-də keçirilən əməliyyata və diplomatik korpusun fəaliyyətinə toxunaraq, nazir Elmar Məmmədyarovu Rusiya kəşfiyyatına işləməkdə ittiham edib: “Səfirlərimizin 90 faizi Rusiya kəşfiyyatı ilə əməkdaşlığa cəlb olunub. Elmar Məmmədyarov ABŞ-da bizim səfirliyin katibi işləyəndə, səfirliyimizin Eldar Quliyev adlı nümayəndəsi tərəfindən Rusiya kəşfiyyatı ilə əməkdaşlığa cəlb olunub. Və onun diplomatiyada irəliləməyində, nazir təyin olunmasında Rusiyanın bilavasitə rolu olub. Özü də Rusiya deyəndə, təkcə Rusiya yox, həm də Ermənistan başa düşülməlidir. Rusiyaya xidmət edən bütün Azərbaycan məmurları həm də Ermənistana, düşmənə xidmət edirlər. Ona görə də Elmar Məmmədyarovu korrupsiyaya görə yox, dövlətə xəyanətə görə tutmaq lazımdır.”
Ardınca, S.Cəlaloğlu sensasiya sayılacaq dagha bir iddiayla çıxış edib: “Elmar Məmmədyarovun təyin etdiyi kadrlar aşkarlanmalıdır. Özü agentdirsə, onlar da agentdirlər. Məsələn, Elmira Axundova (keçmiş deputat, hazırda Azərbaycanın Ukraynadakı yeni səfiri-red.) 1 milyon verərək, səfir gedib. Azərbaycanda hamı bilir ki, E.Axundova Rusiyanın adamıdır, bunu hamımız bilirik. Görün Azərbaycanın səfirləri kimlərdir – rüşvət verənlər, Rusiya kəşfiyyatına işləyənlər və saxta yolla cəmiyyətdə yer tutanlar. Belə diplomatik korpusla Azərbaycan hansı problemi dinc yolla həll edə bilər?...”.
Azpolitika.info
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"