Jerar Depardye Bakıda filmə çəkilir

img

22-10-2013 [17:21]


Fransanın "Leuviah Films” kinoşirkəti FİFA-nın 100 illiyinə həsr edilmiş bədii filmin çəkilişlərini davam etdirir.

Rejissor Frederik Obertenin ekran əsərində baş rolu Hollivud ulduzu Tim Rot oynayacaq. T.Rot filmdə FİFA prezidenti Zepp Blatteri canlandıracaq.

Britaniyalı aktyor Sem Nill qurumun keçmiş rəhbəri Joao Avelanjın obrazını yaradacaq. Məşhur fransız aktyor Jerar Depardye isə FİFA-nın üçüncü prezidenti Jül Rimeni oynayacaq. Filmdə həmçinin Cemima Uest, Tomas Kreçmann, Fişer Stivens və Ceyson Berri çəkilirlər.

Filmin çəkiliş coğrafiyası Braziliya, İsveçrə, Fransa və Almaniya ilə yanaşı Azərbaycanı da əhatə edir. Sahil qəsəbəsində filmin çəkilişləri davam edir. Baş rolların ifaçılarından biri, həmçinin prodüser heyətinin üzvü Jerar Depardye də çəkilişlə əlaqədar Bakıya təşrif gətirib. Hazırda məşhur aktyor çəkiliş qrupu ilə Bakıdadır və çəkilişlərin gedişini izləyir.

Çəkiliş epizodlarından birinin "Bakcell Arena” stadionunda olacağı güman edilir. Filmin premyerası dünya çempionatının açılışı ərəfəsinə - 2014-cü ilin yayına təyin edilib.

azerisport.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA