Avropa təşkilatları Ermənistandakı özbaşınalıqlara niyə susqun yanaşır? - Deputatdan açıqlama
12-07-2020 [13:52]
"Dövlət müstəqilliyinin elan edilməsindən ötən illərin təcrübəsi göstərir ki, “Ermənistan” və “demokratiya” anlayışları bir-biri ilə tərs mütənasibdirlər. Bu ölkə rəhbərlərinin qavrayışında demokratiya parlamentdə terror aktının törədilməsi, dünyanı fəlakətə salmış faşizmin silahdaşı olmuş, ideyasını Hitlerin “Mənim mübarizəm” kitabından götürmüş “erməniçilik” ideologiyasının əsasını qoymuş terrorçu Q.Njdeyə abidə qoyulması, bir-birini zorakılıqla dəyişən hakimiyyətlərin həmin abidəni sökməməsi, terrorçuların milli qəhrəman elan edilməsi, adlarına küçə və prospektlərin verilməsi, orden və medalların təsis edilməsi, digər xalqlara qarşı törədilən soyqırımıdır. Bunları edənlərin özlərinin terrorçu, faşist və irqçi olduğu heç kimdə şübhə doğurmamalıdır. Çünki terrorçuluq, faşizm və irqçiliyin demokratiyaya zidd olduğunu hamı bilir".
Bu sözləri Mia.az-a deputat Musa Qasımlı deyib.
O bildirib ki, demokratiyanın tərkib hissələrindən biri qanunun aliliyi və insan hüquqlarının qorunmasıdır:
"Ermənistanda qanunlar çevriliş yolu ilə hakimiyyətə gəlmiş Paşinyanın iradəsinə tabe etdirilib. Prokurorlar sanksiyaları, məhkəmələr isə qərarları onun tapşırıqları ilə qəbul edirlər. Ermənistanda nəinki konstitusiya ilə təsbit edilmiş insan hüquqları, eyni zamanda insana Allah tərəfindən verilmiş yaşamaq haqqı əlindən alınır. İnsan hüquqlarının pozulması gündəlik həyat tərzinə çevrilib.İnsan hüquqlarının ayaqlar altına atıldığı Ermənistanda demokratiya deyil, Paşinyan diktaturası hökm sürür".
Deputatın sözlərinə görə, demokratiyanın tələblərindən biri milli azlıqların hüquqlarının qorunmasıdır: "Bu hüquqlar da heçə sayılır. Azərbaycanlıların tarixi torpaqlarından qovulması nəticəsində monoetnik ölkəyə çevrilən Ermənistanda azsaylı yezidi kürdlərin və yəhudilərin hüquqları kobudcasına pozulur. Antisemitizmin hökm sürdüyü ölkələrın çərgəsində Ermənistan ön yerlərdədir. Deməli, Ermənistanın bu məsələdə də demokratiyadan danışmağa heç bir haqqı yoxdur.
Bütün bunları hamı görsə də, özlərini demokratiyanın qoruyucusu hesab edən Avropa təşkilatları bəs niyə susurlar?
Onlar nə zaman Ermənistana layiq olduğu yeri göstərəcəklər? Hesab edirəm ki, yalnız bu addımı atdıqdan sonra həmin təşkilatlar digər ölkələrdə demokratiyanın vəziyyətindən danışmağa mənəvi haqq əldə edə bilərlər”.
Mia.az
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)