İcra başçısı bu obyektin güdazına getdi? - FOTO/VİDEO

img

11-07-2020 [15:54]


Paytaxtın Nizami rayonu ərazisində vətəndaşların istirahəti üçün yaradılmış abad həyətdə maddi qazanc məqsədi ilə tikilən obyektin söküntüsünə başlanılıb.

Məlumata görə, obyektdə söküntü işləri bu gün səhər saatlarından davam etdirilir. Hazırda söküntü işləri yekunlaşmaq üzrədir.

Qeyd edək ki, obyekt “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan həyətin içərisində inşa edilib/Report.

Mia.az xəbər verir ki, bu gün Prezident İlham Əliyev Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovu vəzifəsindən azad edib.

Bundan bir neçə gün əvvəl isə icra başçısının həmin parkda obyekt tikdirməsi haqda xəbərlər yayılıb.

İddia ounub ki, həmin obyekt icra başçısına məxsusdur.

Doğrudanmı bu, belədir? Yoxsa orada tikilən obyekt tamamilə başqa şəxsə aiddir?

Bu barədə araşdırmalarımız olacaq. 

Mia.az

 

img
Digər xəbərlər
SON XƏBƏRLƏR
14:37 07.08.2020

Kürdə tələbə boğulub